![]() |
![]() |
![]() |

OZAN – oğuzların el şairi, nəğməkar, musiqiçi. Ozanlar oğuzlar arasında Səlcuqlar dövlətinin yaranmasından çox qabaq söz ustadı, rəqqas, musiqişünas, sehrbaz, həkim kimi böyük nüfuz qazanmışdılar. Hun hökmdarlarının saraylarında, türk ordularında mütləq Ozanlar çalıb-çağırmışlar. Türkdilli xalqların bir çoxunun Çin, Hind, İran, yaxud İslam mədəniyyətləri ilə qarşılıqlı təsir və əlaqələrinin yarandığı dövrlərdə belə Ozanlar öz mövqelərini qoruyub saxlamışdılar. Ozanların istifadə etdikləri qopuz və ən qədim zamanlardan bir sıra türkdilli xalqlar, o cümlədən azərbaycanlılar arasında geniş yayılmışdı. 14-cü əsrdə qopuza da Ozan adı verilmiş, eyni zamanda, “ozançı” sözü yaranmışdı. 15-ci əsrdə sonra Ozan sözü Azərbaycan və Anadoluda aşıq, Orta Asiyada isə baxşı ilə əvəz olunmuşdur. “Kitabi-Dədə Qorqud” boyları Ozanlar tərəfindən qoşulmuşdur. Gəncədə tarixi Ozan məhəlləsi olub.
Yükləmək
OZAN