Eylə                                                                                                                                                               
                               
Müsəlmansan, Allahına
Yön çevir, ibadət  eylə!
Hər səhər,günorta, axşam
Kəlmeyi-şəhadət  eylə.

Qanunu var şəriyyətin,
Tut yolunu həqiqətin,
Göstər millətə qeyrətin,
Hümmətinə hörmət  eylə.

Qədərin  yazısı  ağır,
Kimə əvvəl, kimə  axır,
Ay Qaracan, haqqı  çağır,
Dür kəlamı hikmət  eylə.

              Təcnis

       (Dodaqdəyməz)


Dərdi-sər əlindən axdı qanlı yaş,
Deşildi yaralar,sızalandı, gəl.
Asıq sızalandı, gəl,
Caylar sızqalandı,gəl.
Esqindən yanan asiq,
Atəşsiz qalandı,gəl.
Illərlə intizar xəstə yatanın,
Kədər sinəsində sıralandı,gəl.

Tanrı yazan alınlara sətirdi,
Eşq əhlini əsən yellər itirdi.                 
Asıq deyər ətirdi,
Sec,ya teldi,ya tirdi.
Əslini danan gəda,
Əsli-zatın itirdi.
Ayrılıq həsrəti təngə gətirdi,
Əl-əldən,can-candan aralandı gəl.

Alasan dərdini,dərdin qananın,
Qalasan qeydinə yaradan canın.
Asıq yaradan canın,
Saxla yaradan canın.
Sədaqəti tez itər,
Sızqala canhacanın.
Yad ellərdə yanan qul Qaracanın,
Qara saclarına qar ələndi,gəl.





 

CEYRANIM 


Yadındamı bir gedirdik,                                                                                          
Daga-baga a ceyranim. 
Hiss edirdim sən xanımsan,
Mən də ağa a ceyranım. 

Sevgi məhəbbət qanıram, 
Qohumluqdan utanıram, 
Tək qalmışam,boylanıram, 
Sola-sağa a ceyranım. 

Qəmlər cəkən Mustafadı 
Səndən kam alıb doymadı. 
Gunahkar fələk qoymadı,
Qovusmağa a ceyranım.  


 


Dunyada

Soylə  kimlər qalacaqdı
Bu dunyada,bu dunyada
Cənnət məkan olacaqdı 
Bu dunyada,bu dunyada

Ye malını,canın sağdı
Qismətin bes arsın ağdı,
Insan əhli bir qonaqdı
Bu dunyada,bu dunyada

Hec kəs ilə cəkmə minnət
Haqdır cəhənnəmlə-cənnət
Ye,geyin, gəz asıq Humbət
Bu dunyada, bu dunyada.


 

  



 
 
Copyright © Creative Site of Arts All Rights Reserved. Design by Sparker